Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi
Far.Az xəbər saytı

Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi


Məşhur aktrisa Selma Blair təyyarədə insidentə səbəb olub.

BAKU.WS xəbər verir ki, o Los Ancelesdən Nyu Yorka uçan sərnişin təyyarəsində gərgin anlar yaşayıb.

Uçuş zamanı özünü idarə edə bilməyən aktrisa avişirkət əməkdaşlarına hücum çəkib.

İddialara görə, Blair səyahət zamanı təyyarənin qapısını açmağa cəhd göstərib. Ona mane olmaq istəyən kabin əməkdaşı ilə aktrisa arasında qarşıdurma yaranıb.

Vəziyyətin nəzarətdən çıxdığını görən pilotlar dərhal eniş üçün tibbi yardım tələb ediblər.

Məşhur aktrisa təyyarədə stüardessanın birinə yumruq vurdu, digərini isə dişlədi

İnsident zamanı Selma Blair stüardessalardan birinə yumruq vurub, digərini isə dişləyib.

Təyyarə yerə enən kimi aktrisa polis tərəfindən saxlanılıb.

Hadisənin baş verdiyi "Delta Airlines" aviaşirkətinin rəsmisi bildirib ki, sərnişinlərin və əməkdaşların təhlükəsizliyi hər zaman prioritetdir və qaydaları pozan şəxslərə qarşı heç bir güzəşt tətbiq olunmur.

Nyu York Hava Limanı idarəsi də dava zamanı iki kabin işçisinin xəsarət aldığını, onlardan birinin xəstəxanaya yerləşdirildiyini təsdiqləyib.

O da bildirilib ki, işçilərdən birində kəsik, digərində isə dişləmə izləri aşkar olunub.

Təyyarədə zərərsizləşdirilən aktrisanın ətrafdakılara zərər verməməsi üçün bağlanıldığı da qeyd edilib.

Haqqında cinayət işi açılan və məhkəmə qarşısına çıxarılan Selma Blair törətdiyi əmələ görə dərmanlarını vaxtında qəbul etmədiyini əsas gətirib.

Lakin qalmaqal bununla bitməyib. Aktrisanı xəstəxanaya aparan təcili yardım maşınında da bir əməkdaşın başına dəfələrlə təpik atdığı üzə çıxıb.

Xəstəxanaya çatdırıldıqdan sonra Blair orada da tibb bacısına hücum edib.

Xatırladaq ki, o "Cruel Intentions" və "Legally Blonde" kimi məşhur filmlərdəki rolları ilə tanınıb.

Oxşar xəbərlər

WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
AMEA-nın Rəyasət Heyətinin "gərgin" iclası
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər