EIB Mərkəzi Asiyada Azərbaycan üzərindən Avropaya ixrac potensialı olan layihələri nəzərdən keçirir
Far.Az xəbər saytı

EIB Mərkəzi Asiyada Azərbaycan üzərindən Avropaya ixrac potensialı olan layihələri nəzərdən keçirir


Avropa İnvestisiya Bankı (EIB) Qırğızıstanda "Kambar-Ata-1" su elektrik stansiyasının tikintisini maliyyələşdirmək niyyətindədir. Gələcəkdə burada istehsal olunacaq elektrik enerjisi Qazaxıstan, Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya nəql oluna biləcək.

"Far.Az"un Avropa bürosu xəbər verir ki, bunu bankın vitse-prezidenti Marek Mora Astanada "Euronews"a müsahibəsində bildirib.

"Biz Xəzər dənizi vasitəsilə Qazaxıstan və Azərbaycan arasında, daha sonra isə Avropaya qədər uzana biləcək elektrik interkonnektoru barədə bəzi ideyalar eşitmişik", - M.Mora bildirib.

"Kambar-Ata-1" su elektrik stansiyası Qırğızıstan, Qazaxıstan və Özbəkistanın birgə layihəsi çərçivəsində inşa edilir. M.Moranın sözlərinə görə, EIB su ehtiyatlarının idarə edilməsi və enerji şəbəkələrinin tikintisi sahəsində layihələr üçün üç ölkəyə 900 milyon avro vəsait ayırıb.

Stansiyanın təxminən 2035-ci ilə qədər istismara verilməsi və ildə 5,6 milyard kVt·saat elektrik enerjisi istehsal edə biləcəyi gözlənilir. Layihə Mərkəzi Asiyanın enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər