"AzFina": Şirkətlərimiz türk dövlətlərinə likvidliyi idarə etməkdə dəstək verə bilər
Far.Az xəbər saytı

"AzFina": Şirkətlərimiz türk dövlətlərinə likvidliyi idarə etməkdə dəstək verə bilər


Azərbaycandakı fintexlər türkdilli dövlətlərin maliyyə təşkilatları üçün likvidliyin idarə edilməsi sahəsində köməklik göstərə bilər.

"Far.Az" xəbər verir ki, bunu "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin sədr müavini Eynar Abdullayev Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə bu gün keçirilən "Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı" ilə bağlı tədbir çərçivəsində panel müzakirələrində bildirib.

O bildirib ki, ölkədə 10-15 bankda hesabları olan və rahatlıqla likvidliyin idarə edilməsin təklif edə bilən xeyli sayda fintex var: "Bu, onların banklar arasında necə bir körpü rolu oynaya biləcəyinin bariz nümunəsidir. Bundan başqa, fintexlər hazırda dünyada trend olan BNPL məhsullarını "cross-country" inteqrasiyalarla təşkil edə bilər. Türkiyə və Azərbaycan arasında və ya Azərbaycan, Özbəkistan, Qazaxıstan arasında hər hansı iki fintexin inteqrasiyası buna nümunədir. Məsələn, yerli fintexlərimizdən "Point Fintech" bir çox bankın BNPL xidmətini təqdim edir".

E.Abdullayev qeyd edib ki, bankların sürətli böyüməsi üçün fintexlərə ehtiyacı var: "Bu o demək deyil ki, fintexlər olmasa banklar müflis olar. Amma həqiqətən də sektorumuzun bütöv olaraq inkişaf edə bilməsi üçün bir simbioza ehtiyac var. Banklarla fintexlərin birlikdə hərəkət etməsinə ehtiyac var".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər