"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"
Far.Az xəbər saytı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas: "Hər kəs bizdən "Slaviya" ilə matçda qələbə gözləyir"


Hər kəs "Sabah"dan "Slaviya" ilə matçda qələbə gözləyir.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq".

O, rəqibin hücum futboluna üstünlük verdiyini vurğulayıb:

"Slaviya"nın çox yaxşı oyun üslubu var. Onlar bu görüşə çox yaxşı hazırlaşıblar. Heç vaxt yorğun olmayan komandaya qarşı mübarizə aparacağıq. "Slaviya" hücumameyilli komandadır. Bununla belə, öz gücümüzə inanıram. Düşünürəm ki, meydanda rəqibin zəif nöqtələrini tapacağıq".

V.Dambrauskas meydanda keyfiyyətin önəmli olduğunu sözlərinə əlavə edib:

"Bura Çempionlar Liqasıdır. Burada komandanın keyfiyyəti önəm daşıyır. Mənim rəqib seçmək kimi bir şansım yoxdur. Bütün rəqiblərimizə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. "Slaviya" uzun müddətdir ki, Çempionlar Liqasında səfərdə qələbə qazanmır. Onlar bu görüşdə qalib gəlmək istəyəcəklər. Bu vəziyyət mənim üçün motivasiya mənbəyi deyil. Mənim üçün əsas motivasiya meydana çıxmaq və gözəl oyun sərgiləməkdir. Futbolçularıma güvənirəm".

Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər