Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB
Far.Az xəbər saytı

Azərbaycanın səfiri Pakistan Prezidentinə etimadnaməsini təqdim edib - YENİLƏNİB


Azərbaycanın Pakistanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İrfan Davudov etimadnaməsini bu ölkənin Prezidenti Asif Ali Zardariyə təqdim edib.

"Report" xəbər verir ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə səfir İrfan Davudov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Pakistan İslam Respublikasının Prezidenti Asif Ali Zardariyə çatdırıb.

Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Asif Ali Zardari Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirib və onun da səmimi salamlarını və yüksək ehtiramını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Pakistan Prezidenti görüş zamanı iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini vurğulayıb. O, siyasi əlaqələrin iqtisadi əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılmasının vacibliyini qeyd edib.

Prezident Asif Ali Zardari enerji, regional bağlantılar və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib, müdafiə sənayesi sahəsində əldə olunan irəliləyişi alqışlayıb. Həmçinin, birbaşa hava əlaqələrinin turizmin inkişafına və xalqlar arasında təmasların genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

İrfan Davudov Pakistanda səfir kimi təyin olunmasından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirərək, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasında hər iki ölkə Prezidentinin rolunu xüsusi vurğulayıb.

Səfir Azərbaycan və Pakistanın bir-birini həm ikitərəfli, həm də beynəlxalq müstəvidə dəstəklədiyini vurğulayaraq, Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi diqqətə çatdırıb, bu ölkənin hökumətinə, xalqına təşəkkürünü ifadə edib.

Görüşdə, həmçinin yüksək səviyyəli siyasi münasibətlərə uyğun olaraq, bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət, qarşılıqlı investisiya, təhsil, turizm və s. sahələrdə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın Pakistandakı səfiri İrfan Davudov etimadnaməsini ölkə Prezidenti Asif Əli Zərdariyə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Pakistan Prezidenti ofisinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

Görüş zamanı Zərdari iki ölkə arasındakı yaxın və qardaşlıq münasibətlərini vurğulayıb, ticarət və investisiyaların genişləndirilməsinin vacibliyini qeyd edib. O, həmçinin energetika, regional əlaqəlilik və müdafiə sahələrində əməkdaşlıq perspektivlərini qabardıb, hərbi-sənaye əməkdaşlığındakı tərəqqini alqışlayıb və turizmin, eləcə də xalqlararası əlaqələrin inkişafında birbaşa aviaəlaqənin rolunu diqqətə çatdırıb.

Həmin gün Pakistan Prezidenti Norveç və İsveçrə səfirlərinin də etimadnamələrini qəbul edib. Görüşlərdə ikitərəfli münasibətlərin, o cümlədən ticarət, investisiyalar, energetika və texnologiyalar sahələrində möhkəmləndirilməsi imkanları müzakirə olunub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər