Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir.
Far.Az apa-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsi və "Aviasiya haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Aviasiya haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşun həyata keçirilməsi üçün hava limanına gəldiyi vaxtda (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilən) başlayan və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər olan müddətdir.
Əmək Məcəlləsinə də uyğunlaşdırıcı xarakterli dəyişikliklər təklif olunur.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Mülki aviasiyada təhlükəsizliyə nəzarətlə bağlı xidmət haqqı məbləğləri təsdiqlənib
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6













