Elnur Əliyev: Sahibkarlar üçün dəstək mexanizmləri investisiya imkanlarını genişləndirməyə hesablanıb
Sahibkarlara göstərilən dövlət dəstəyinin əsas məqsədi investisiya imkanlarını artırmaq, biznesin inkişafına mane olan çətinlikləri aradan qaldırmaq və özəl sektorun iqtisadiyyatda rolunu gücləndirməkdir.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən III Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdə sahibkarlıq mühitinə, bazar iştirakçılarının fəaliyyətinə və rəqabət sahəsində yaranan yeni çağırışlara dair müxtəlif müzakirələr aparılıb. Budəfəki forum isə mövcud məsələlərin daha geniş çərçivədə nəzərdən keçirilməsinə imkan yaradır.
E.Əliyev vurğulayıb ki, əsas məsələ qəbul edilən qərarların və planlaşdırılan tədbirlərin sahibkarların fəaliyyətində, eləcə də istehlakçıların gündəlik həyatında konkret nəticələrə səbəb olmasıdır.
Nazir müavini qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu iqtisadi inkişaf strategiyası və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar özəl sektorun böyüməsi üçün əlverişli şərait formalaşdırıb. Bununla belə, yaradılan imkanlardan səmərəli istifadə olunması qərarların praktikada necə icra edilməsindən asılıdır.
O bildirib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkənin ümumi daxili məhsulunun 70,3 faizi qeyri-neft-qaz sektorunun hesabına formalaşıb. 2021-2025-ci illər ərzində isə bu sahədə orta illik real artım təxminən 6 faiz olub.
Nazir müavininin açıqlamasına əsasən, cari ilin ilk doqquz ayında əsas kapitala yatırılan 14,7 milyard manat vəsaitin 9,8 milyard manatı qeyri-neft-qaz sektoruna yönəldilib. Eyni zamanda, qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı ilin əvvəlindən 36 min artaraq 1 milyon 67 minə yüksəlib. Bu göstərici ölkədəki bütün əmək müqavilələrinin 56,5 faizini təşkil edir.
E.Əliyev bildirib ki, sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadi artıma və məşğulluğa birbaşa təsir göstərir. Onun sözlərinə görə, bazara daxil olmaq, maliyyə resurslarından yararlanmaq və infrastruktura qoşulmaqla bağlı çətinliklər investisiya qərarlarına və yeni iş yerlərinin açılmasına da təsirsiz ötüşmür.
Nazir müavini qeyri-neft-qaz ixracının davamlı artırılması üçün məhsuldarlığın yüksəldilməsini, istehsal və logistika xərclərinin aşağı salınmasını, eləcə də xarici bazarlarda yerli məhsulların mövqeyinin möhkəmləndirilməsini vacib sayıb. O qeyd edib ki, ölkə daxilində sağlam rəqabət mühitinin formalaşması müəssisələrin beynəlxalq bazarlarda daha rəqabətqabiliyyətli olmasına kömək edir.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb













