Artıq saniyə tətbiqinin ləğvi planlaşdırılır: Zaman ölçümü dəyişə bilər
1972-ci ildən dünya vaxtı ilə Yer kürəsinin fırlanması arasındakı fərqi tənzimləmək üçün istifadə olunan artıq saniyə tətbiqinin ləğvi təklif edilir. Bu addımın əsas səbəbi texnologiya və naviqasiya sistemlərində yaranan problemlərin qarşısını almaqdır.
Far.Az xəbər verir ki, Beynəlxalq Çəkilər və Ölçülər Bürosunun üzvü olan 69 ölkə məsələ ilə bağlı səsverməyə hazırlaşır. Təklif qəbul edilərsə, qərarın 2027-ci ilin mayında qüvvəyə minməsi nəzərdə tutulur.
Artıq saniyə atom saatları ilə müəyyən edilən dünya vaxtını Yerin qeyri-sabit fırlanma sürətinə uyğunlaşdırmaq üçün tətbiq olunur. Lakin əlavə edilən saniyələr əvvəllər sosial şəbəkələrdə, təyyarə rezervasiya sistemlərində və bulud xidmətlərində fasilələrə səbəb olub.
2022-ci ildə qəbul edilən qərara əsasən, tətbiqin 2035-ci ilədək mərhələli şəkildə ləğvi planlaşdırılmışdı. Yeni təklif qəbul olunarsa, rəsmi vaxtın Yerin fırlanmasından tədricən uzaqlaşmasına icazə veriləcək. Hesablamalara görə, iki zaman sistemi arasındakı fərqin bir saata çatması 3 000 ildən çox çəkə bilər.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndi bayrama hazırlaşır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər













