Azərbaycan və Belarusun üzgüçülük federasiyaları arasında memorandum imzalanıb
Far.Az xəbər saytı

Azərbaycan və Belarusun üzgüçülük federasiyaları arasında memorandum imzalanıb


Azərbaycan və Belarusun üzgüçülük federasiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb.

"Report" xəbər verir ki, sənəd iki ölkə arasında üzgüçülük idmanının inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Memoranduma əsasən, tərəflər üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətlərində əməkdaşlıq edəcəklər.

Sənəd həmçinin metodiki materialların və təcrübənin mübadiləsini, uşaq və gənclər arasında üzgüçülüyün təşviqini, idmanın bu növünün daha geniş auditoriya arasında yayılmasını nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində hər iki federasiyanın müvafiq sahələr üzrə təcrübəsindən faydalanmaq, idmançıların hazırlıq prosesinin təkmilləşdirilməsinə dəstək göstərmək və məşqçi-hakim heyətinin bilik və bacarıqlarının artırılması üçün imkanları genişləndirmək məqsədi daşıyan təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.

Memorandumun imzalanması Azərbaycan və Belarus arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmləndirilməsinə, milli federasiyalar arasında qarşılıqlı fəaliyyətin inkişafına və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə töhfə verəcək.

Oxşar xəbərlər

MÜSİAD Azərbaycanla VİDAL Özəl Sənaye Məhəlləsi arasında memorandum imzalandı
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan və Çin prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
III MDB Oyunları: Üzgüçülüyün daha iki növündə medalçılar müəyyənləşib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər