Könül Qasımovanın həbs müddəti uzadıldı
Far.Az xəbər saytı

Könül Qasımovanın həbs müddəti uzadıldı


"Sevgi evi" Qadın və Uşaq Sığınacağının sahibi Könül Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Far.Az Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı təqdimata Xətai Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən, Könül Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iki ay uzadılıb.

Qeyd edək ki, Könül Qasımova iyul ayında həbs olunub. Ona Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, girov götürülən və ya oğurlanmış şəxsə qarşı, yaxud sifarişlə törədildikdə), 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan və ya köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Könül Qasımova üç il əvvəl də Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə ittiham olunub və Sabunçu Rayon Məhkəməsinin hökmü ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

Himayəsində azyaşlı övladının olması səbəbindən qanunvericiliyə uyğun olaraq, cəzanın çəkilməsi uşağın 14 yaşına çatmasına qədər təxirə salınıb.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Yetkinlik yaşına çatmayanı cinayətə sövq etmək necə sübut olunmalıdır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər