III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri mükafatlandırılıb
III Beynəlxalq Xankəndi Ultramarafonunun qalibləri mükafatlandırılıb.
"Report" un Xankəndinə ezam olan əməkdaşı xəbər verir ki, kişilər arasında dördüncü – son mərhələnin qalibi gürcüstanlı atlet David Xarazişvili olub. İkinci yeri Andrey Eqorov (Litva), üçüncü yeri Azərbaycan təmsilçisi Elşad Nəsibov tutub.
Qadınlar arasında isə Olena Şevçenko (Ukrayna) ümumi hesabda birinci yeri tutaraq ultramarafonun qalibi olub. Leyla Abdinova (Rusiya) ikinci, Natalya Vallek (Azərbaycan) üçüncü olub.
Azərbaycanın Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.
Dörd gün davam edən yarış dörd mərhələdən ibarət olub: Qəbələ – Ağdaş (52,5 km), Ağdaş – Bərdə (63,5 km), Bərdə – Ağdam (46,8 km) və Ağdam – Xankəndi (29,2 km).
Xatırladaq ki, ultramarafon ilk dəfə 2024-cü ildə Xankəndi – Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ – Xankəndi marşrutu üzrə keçirilib, yarışa altı ölkədən 81 atlet qatılıb.
Yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.
Oxşar xəbərlər
III Beynəlxalq Xankəndi Ultramarafonunun üçüncü mərhələsinə yekun vurulub
Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
III Beynəlxalq Xankəndi Ultramarafonunda ilk mərhələnin mükafatçıları müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda güclü külək bir sıra fəsadlar törədib, 15-ə yaxın irigövdəli ağac aşıb
-
Kənan Nəsibov: "2028-ci il Los-Anceles olimpiadasında Azərbaycana medal gətirəcəyəm"
-
FT: ABŞ Rusiyanın neft zavodlarına zərbələrə görə Ukraynanı məlumat ötürməməklə hədələyib
-
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
-
Azərbaycan Premyer Liqası: "Zirə" evdə "Şamaxı" ilə heç-heçə edib
-
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb













