Səfir: "Baku Build" sərgisində 46 İtaliya şirkəti iştirak edir"
Far.Az xəbər saytı

Səfir: "Baku Build" sərgisində 46 İtaliya şirkəti iştirak edir"


31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisində "Baku Build" 46 İtaliya şirkəti iştirak edir.

"Report" xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançesko Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən 31-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "Baku Build" və 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində ("Rebuild Karabakh – 2026") bildirib.

Onun sözlərinə görə, onların arasında 24 şirkət İtaliya Ticarət Agentliyi tərəfindən koordinasiya olunan rəsmi İtaliya Pavilyonunda iştirak edir: "Onların buradakı iştirakı İtalya biznesinin Azərbaycana marağının və uzunmüddətli tərəfdaşlıqlar qurmaq istəyinin konkret nümayişidir. Biz bura sadəcə məhsul satmaq üçün gəlməmişik. Birlikdə işləmək üçün buradayıq. İtalya şirkətləri həllər və texnologiyalar gətirə bilər, lakin eyni zamanda Azərbaycan şirkətləri ilə tərəfdaşlıqlar qura, nou-hau ötürə, birgə layihələr inkişaf etdirə və öz təcrübələrini bu bazarın spesifik ehtiyaclarına uyğunlaşdıra bilərlər. Onlar həllərin layihələndirilməsi və tətbiqində etibarlı tərəfdaşlar ola bilərlər. Bu, xüsusilə enerji səmərəliliyi, davamlı tikinti, ağıllı bina texnologiyaları, qabaqcıl materiallar, mühəndislik və ixtisaslaşmış avadanlıqlar kimi sahələrdə aktualdır. Bu, həmçinin ölkənin böyük hissələrini, o cümlədən azad edilmiş əraziləri dəyişdirən yenidənqurma və inkişaf layihələri baxımından da aktualdır".

Səfir bildirib ki, İtaliya həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) vasitəsilə azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə töhfə verir.

O, "Baku Build"də iştirak edən İtalya şirkətlərinə təşəkkür edib və bildirib ki, onların iştirakı çox aydın bir mesaj verir: "İtaliya buradadır, İtaliya töhfə verməyə hazırdır və gələcək üçün tərəfdaşlıqlar qurmağa hazırdır".

Oxşar xəbərlər

"Karabakh" və "Karabakh.ru"səhifəsi artıq 5 ildir ki, dünyaya Qarabağla bağlı həqiqətləri təqdim edir
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər