XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
Far.Az xəbər saytı

XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib


XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib.

"Far.Az"un məlumatına görə, mətbuat konfransında mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu və Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə sərginin təşkili və gözləntilər barədə ətraflı məlumat verib.

Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu yerli yazıçı və şairlərin müasir tendensiyalarla ayaqlaşması məsələsinə toxunub.

Onun sözlərinə görə, bu kontekstdə Mədəniyyət Nazirliyi bu kimi sərgilərin yüksək səviyyəli təşkili və müxtəlif əlaqələrlə nail olmağı hədəfləyib:

"Bizim vəzifəmiz sənayeni formalaşdırmaq, mövcud materialları dünyaya çıxarmaq, dünyada baş verən ədəbi yenilikləri Azərbaycana gətirmək, ədəbiyyatçını, yazıçını, naşiri, kitab sahibkarını dünya hüquq müstəvisinə inteqrasiya etməkdir".

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə isə yerli müəlliflərin sərgi vasitəsilə dünyada tanıdılmasından bəhs edib:

"Biz özümüzü tanımadan heç vaxt xaricdə tanına bilmərik, bu, mümkün deyil. Bizim qarşıya qoyduğumuz əsas vəzifələrdən biri də Azərbaycan ədəbiyyatının xaricdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində fəaliyyəti həyata keçirməkdir".

Şöbə müdiri Bakı Beynəlxalq Kitab Sərgisinə ildən-ilə artan marağa da diqqət çəkib.

Ardınca jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, oktyabrın 21-dən 27-dək davam edəcək sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq.

Tədbirdə Azərbaycanın Xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrin görkəmli yazarları və elm adamları da iştirak edəcəklər.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Leyla və Arzu Əliyevalar "Urban Expo" sərgisi ilə tanış olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər