Fuad Çıraqov: Azərbaycan-Gürcüstan münasibətlərinin alternativi yoxdur
Azərbaycan və Gürcüstan münasibətlərinin alternativi yoxdur.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfirliyi yanında təhsil müşaviri Fuad Çıraqov Tbilisidə keçirilən "Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək" mövzusunda dəyirmi masa müzakirəsində deyib.
O, Azərbaycan və Gürcüstan arasında qarşılıqlı iqtisadi asılılığın təhlükə deyil, iki ölkənin əməkdaşlığını gücləndirən amil kimi qiymətləndirilməli olduğunu bildirib.
F.Çıraqov qeyd edib ki, Azərbaycan və Gürcüstanın ortaq gələcəyi, ilk növbədə, coğrafi reallıqlarla şərtlənir. Onun sözlərinə görə, iki ölkənin yerləşdiyi coğrafi məkan əməkdaşlığı zəruri edir və bu münasibətlərin alternativi yoxdur.
Təhsil müşaviri vurğulayıb ki, 1990-cı illərdə hər iki ölkənin qarşılaşdığı münaqişələr, separatizm və siyasi qeyri-sabitlik fonunda Azərbaycan və Gürcüstanın rəhbərləri regionun siyasi və təhlükəsizlik arxitekturasına təsir edən mühüm qərarlar qəbul ediblər. Onun fikrincə, bu əməkdaşlıq sonrakı illərdə həyata keçirilən enerji və nəqliyyat layihələrinin, eləcə də ikitərəfli iqtisadi əlaqələrin əsasını təşkil edib.
O bildirib ki, bu gün iki ölkə arasında çoxsaylı ikitərəfli sənədlər imzalanıb, enerji marşrutları fəaliyyət göstərir və yeni investisiya imkanları müzakirə olunur. Çıraqovun sözlərinə görə, əldə olunan nəticələrin əhəmiyyətini qiymətləndirmək və onların ərsəyə gəlməsi üçün görülən işi unutmamaq vacibdir.
Təhsil müşaviri Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirən yanaşmalara qarşı diqqətli olmağın vacibliyini vurğulayaraq iki ölkənin qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığı davam etdirməli olduğunu bildirib.
F.Çıraqov əlavə edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası və radikal ideologiyalara qarşı mübarizə vacibdir.
"Gürcüstanda yaşayan azərbaycanlıların gürcü dilini daha yaxşı öyrənməsi və cəmiyyətə inteqrasiyası üçün iki ölkənin təhsil strukturları arasında əlaqələr gücləndirilməlidir. Gürcüstan vətəndaşı olan azərbaycanlılar bu ölkənin siyasi millətinin bir hissəsi kimi dövlət quruculuğunda fəal iştirak etməlidirlər", - o vurğulayıb.
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













