Mikayıl Cabbarov "Rebuild Karabakh" sərgisinin iştirakçılarına çağırış edib
"Xəzər İnşaat Həftəsi" çərçivəsində 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisi işğaldan azad edilmiş ərazilərimizin yenidənqurulması istiqamətində görülən işləri və bölgədə yaradılan investisiya imkanlarını bir araya gətirən mühüm platformadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov sərginin iştirakçılarına müraciətində bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağ və Şərqi Zəngəzurda "ağıllı şəhər", "agıllı kənd" konsepti əsasında qurulan yaşayış massivləri, yeni nəqliyyat dəhlizləri, yaşıl enerji və sosial layihələr dövlətin bu ərazilərə strateji baxışının təzahürüdür.
"Ardıcıl və sistemli bərpa-quruculuq işləri sayəsində regionda dayanıqlı məskunlaşma və iqtisadi inkişaf üçün geniş imkanlar formalaşıb.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığın təşviqi üçün tətbiq olunan vergi və gömrük azadolmaları, güzəştli kreditlər, kreditlərə zəmanət və subsidiya alətləri, hazır infrastrukturla təmin edilmiş sənaye parkları və digər imtiyazlar bölgədə əlverişli biznes mühiti yaradıb. İstehsal imkanlarının genişlənməsi bölgəni ölkənin qeyri-neft-qaz sektorunun yeni inkişaf mərkəzlərindən birinə çevirir. Dövlət başçısının imzaladığı fərmanlarla bu sahədə əlavə dəstək mexanizmləri yaradılıb, malların xarici bazarlara, o cümlədən yeni və alternativ istiqamətlərə daşınması xərclərinin əhəmiyyətli hissəsinin dövlət büdcəsi hesabına qarşılanması, ixracatçıların gömrük rəsmiləşdirilməsi xərclərinin kompensasiya olunması və digər mexanizmlər işğaldan azad edilmiş ərazilərdəki ixracatçıların da daxili və xarici bazarlarda mövqelərinin möhkəmlənməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.
M.Cabbarovun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, o cümlədən burada yerləşən Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının rezidentlərinin sayının artması regionda sənaye potensialının sürətlə reallaşdığını göstərir.
"Bu layihələr yalnız daxili tələbatın qarşılanmasına deyil, eyni zamanda rəqabətqabiliyyətli məhsulların ixracına, yeni dəyər zəncirlərinin formalaşmasına imkan verir. Bu regionun zəngin təbii resursları, əlverişli coğrafi mövqeyi, enerji potensialı, nəqliyyat-logistika imkanları və turizm perspektivləri investorlar üçün geniş imkanlar təqdim edir. Bölgə zəngin geoloji ehtiyatlara malikdir və bir sıra yataqlarda artıq istismar prosesi başlayıb. Kənd təsərrüfatı, xüsusilə bağçılıq və heyvandarlıq sahələrində intensiv layihələr həyata keçirilir. Nəqliyyat-logistika sahəsi Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə əlavə əhəmiyyət qazanacaq. Bölgənin qədim tarixi, füsunkar təbiəti, zəngin mədəni abidələri və müalicəvi mineral su ehtiyatları isə turizm istiqamətində əlavə investisiya imkanları yaradır", - deyə o əlavə edib.
Nazir biznes nümayəndələrini bu imkanları dəyərləndirməyə, yeni layihələr həyata keçirməyə dəvət edib: "Əminik ki, "Rebuild Karabakh" sərgisi regionun iqtisadi potensialının biznes ictimaiyyətinə təqdim olunmasına, yeni investisiya təşəbbüslərinin və tərəfdaşlıqların yaranmasına, eləcə də regionun inkişafının sürətlənməsinə töhfə verəcək. Sərginin təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkür edir, iştirakçılara və ziyarətçilərə uğurlar, səmərəli görüşlər və yeni əməkdaşlıq imkanları arzulayırıq".
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
"Deluxe Residence" artıq "Sea Breeze"də: Yeni premium yaşayış konsepti
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda həbs edilən bələdiyyə sədrinə 8 il 1 ay həbs cəzası verildi
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir













