Azər Əmiraslanov: "Rəqabət mühitinin qorunmasının konstitusion təminatı var"
Far.Az xəbər saytı

Azər Əmiraslanov: "Rəqabət mühitinin qorunmasının konstitusion təminatı var"


Azərbaycanda rəqabət öz-özlüyündə bir məqsəd deyil, o hazırkı mərhələdə yeni iqtisadi quruculuğun ən təsirli vasitələrindən biridir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Azər Əmiraslanov Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, rəqabət və rəqabətə davamlılıq bir tərəfdən ölkənin iqtisadi strategiyasının əsas hərəkətvericisidir, digər tərəfdən də iqtisadi inkişaf modelinin sistem xarakterli ayrılmaz tərkib hissəsidir: "Konstitusiyamızda qeyd edilir ki, dövlət haqsız rəqabətə yol vermir. Bu o deməkdir ki, rəqabət mühitinin qorunmasının konstitusion təminatı var".

Deputat qeyd edib ki, rəqabət siyasətində dövlətin institusional, iqtisadi tənzimləmə, sahibkarlıq, investisiya, struktur, sənaye siyasəti kəsişmə nöqtəsinə malikdir: "Bu baxımdan rəqabət siyasətinin iqtisadiyyata təsiri də çoxşaxəlidir. Hətta biz onu da nəzərə almalıyıq ki, hazırda rəqabət siyasətini həyata keçirən dövlət orqanının mandatı da kifayət qədər genişdir. Sağlam rəqabət mühitinin yaradılması son illər aktual olmaqla yanaşı, həm də strateji bir zərurətə çevrilib. Bu, onunla bağlıdır ki, rəqabət mühiti dövlətin strateji vəzifələrinin reallaşmasına, xüsusilə də dayanıqlı və rəqabət qabiliyyətli, məhsuldar və səmərəli milli iqtisadiyyatın qurulmasına, investisiyaların cəlbini, sahibkarlıq potensialının reallaşmasına ciddi töhfə verir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər