Torpaq və mənzillər BAHALAŞIR: İlin sonuna qədər qiymətlər nə qədər QALXACAQ?
Bakıda torpaq və mənzil qiymətləri artmaqda davam edəcək – İlin sonuna proqnoz
"Oktyabr ayında Bakıda daşınmaz əmlak bazarında qiymət artımı qeydə alınıb. Xüsusilə torpaq sahələri və yeni tikililərdə bahalaşma daha qabarıq müşahidə olunur. Mövcud tendensiyanın ilin sonuna qədər davam edəcəyi gözlənilir".
BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.
Onun sözlərinə görə, oktyabr ayının nəticələrinə əsasən, yeni tikili mənzillərin qiymətləri 14,3 faiz, köhnə tikililərin qiymətləri 10,6 faiz, torpaq sahələrinin qiymətləri isə 17 faiz artıb:
"Bu göstəricilər Bakı üzrə orta qiymət dinamikasını əks etdirir və paytaxtın bütün ərazilərində eyni səviyyədə bahalaşma olduğu anlamına gəlmir.
Torpaq sahələrinin qiymətində artımın ilin sonuna qədər davam edəcəyi proqnozlaşdırılır. İlin sonunadək torpaqların daha 7-8 faiz, mənzillərin isə təxminən 5 faiz bahalaşacağı gözlənilir. Bu proqnoz mənzil bazarında aylıq orta hesabla təxminən 1,5-1,7 faizlik artım ehtimalına işarə edir.
Qiymət artımı paytaxtın bütün ərazilərində eyni deyil. Mərkəzi hissələrdə bahalaşma daha çox nəzərə çarpır, Bakıətrafı ərazilərdə isə artım nisbətən zəifdir. Xüsusilə dənizkənarı ərazilərdə, istirahət üçün əlverişli məkanlarda və şəhər mərkəzində yerləşən torpaq sahələrinə tələbat qiymətlərin yüksəlməsinə təsir göstərir.
Belə ərazilərdə torpaq sahələrinin məhdud olması, yeni və əlverişli torpaq sahələrinin tapılmasının çətinləşməsi də bahalaşmanı sürətləndirən amillər sırasındadır".
AQC sdəri əlavə edib ki, yeni tikililərdə də qiymət artımı müşahidə olunur:
"Bəzi layihələrdə mənzillər tikintinin ilkin mərhələsində, hətta kotlovan səviyyəsində daha yüksək qiymətlərlə satışa çıxarılır. Bunun əsas səbəbləri arasında tikinti materiallarının və digər xərclərin artması, eləcə də layihələrin maya dəyərinin yüksəlməsi göstərilir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlar Ramazanda oruc tutacaqlar?
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Britaniya səfiri: Azərbaycanla tərəfdaşlığın qarşıdakı illərdə daha da möhkəmlənməsini arzulayıram
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













