Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Litva sakinləri getdikcə mənzil, ərzaq qiymətlərinin artımı və immiqrantlarla rəqabət fonunda başqa ölkələrdə yaşamağa, işləməyə gedirlər.
"Report" xəbər verir ki, bu barədə Litvanın Milli Radio və Televiziyası (LRT) məlumat yayıb.
Məlumata görə, ölkədən xaricə gedən vətəndaşların sayının artımı, eyni zamanda Vətənə qayıdanların sayının azalması tendensiyası müşahidə olunur. Bu il əhali axını son altı ildə ən əhəmiyyətli olub.
"Luminor" bankının baş iqtisadçısı Jiqimantas Mauritsas qeyd edib ki, ilin yekunlarına görə Litvada uzun müddət ərzində ilk dəfə ölkə vətəndaşlarının miqrasiyasının mənfi balansı yarana bilər. Bundan əvvəl, Litvanın Aİ-yə paylanmalı olan miqrantları qəbul etməmək üçün Avropa İttifaqına pul ödəməyi nəzərdən keçirdiyi bildirilib.
Ölkənin Baş naziri Mindauqas Sinkyaviçyusun sözlərinə görə, ödəniş seçimi çox, olduqca ciddi qəbul edilməlidir. Buna baxmayaraq, Litva Kiprdə olan 58 miqrantın qəbulunu, həmçinin ölkədə qəbul etməyəcəyi əcnəbilərin qalan hissəsi üçün 1,4 milyon avro ödəməyi planlaşdırır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi













