La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Far.Az xəbər saytı

La Liqa: "Real" "Sevilya"nı darmadağın edib


"Real Madrid" İspaniya La Liqasının IX turunda ev oyununda "Sevilya"nı böyük hesabla məğlub edib.

"Report"un məlumatına görə, Madriddə "Santyaqo Bernabeu"da keçirilən oyun 4:1 hesabı ilə başa çatıb.

Hesabı 30-cu dəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər açıb. Yeddi dəqiqə sonra hücumçu Kilian Mbappe "Real"ın ikinci qolunu vurub. 67-ci dəqiqədə Mbappe özü qazandığı penalti zərbəsini dəqiq yerinə yetirib. 80-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Manuel Bueno hesab arasındakı fərqi azaldıb. Əsas vaxtın bitməsinə səkkiz dəqiqə qalmış "Real"ın cinah yarımmüdafiəçisi Yann Diomande komandasının dördüncü qolunu vurub.

"Real" bu qələbədən sonra İspaniya çempionatının turnir cədvəlində 21 xalla üçüncü yerə yüksəlib. Komanda lider "Barselona"dan doqquz xal geridədir. "Sevilya" 14 xalla altıncı yerdə qərarlaşıb.

"Real" 25 oktyabrda səfərdə "Barselona" ilə qarşılaşacaq, "Sevilya" isə ertəsi gün "Osasuna" ilə üz-üzə gələcək.

Oxşar xəbərlər

Madriddə MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin açılışı olub
Arda Gülerin paylaşdığı foto bütün dünyada viral oldu
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər