ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Far.Az xəbər saytı

ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək


Ukraynadan olan təxminən 100 000 qaçqın, "müvəqqəti qorunan şəxslər" statuslarının tezliklə başa çatmasına baxmayaraq, deportasiya qorxusu olmadan ABŞ-də yaşaya və işləyə biləcəklər.

"Report"un məlumatına görə, bu barədə "CBS News" telekanalı ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinə istinadən xəbər verib.

Ukraynalılar üçün status rəsmi olaraq 19 oktyabr, bazar ertəsi başa çatır. Lakin telekanal qeyd edib ki, nazirlik yekun qərarın lazım olan vaxtda veriləcəyini bildirib. Nazirlik əlavə edib ki, belə bir qərar elan olunana qədər Ukrayna vətəndaşları "müvəqqəti qorunan şəxslər" statusu altında deportasiyadan mühafiə edilir.

Son bir il yarım ərzində hakimiyyət orqanları 1 milyondan çox immiqrant üçün bu statusu ləğv edib.

Konqres tərəfindən 1990-cı ildə yaradılan proqram ABŞ hökumətinə deportasiyadan müvəqqəti möhlət, habelə silahlı qarşıdurmaların, ekoloji fəlakətlərin və ya digər böhranların baş verdiyi ölkələrdən olan qanunsuz və qanuni immiqrantlara iş icazəsi verməyə imkan verir. Ukraynalılar üçün proqram 2022-ci ilin yazından qüvvədədir.

Oxşar xəbərlər

Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər