Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Far.Az xəbər saytı

Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq


Türkiyə Moskva və Vaşinqton arasındakı müqavilə çərçivəsində Rusiyanın qlobal bazarlara tədarük etdiyi dizel yanacağının bir hissəsini alacaq.

"Far.Az"un məlumatına görə, Türkiyənin energetika naziri Alparslan Bayraktar bu barədə "Haber 7" telekanalında bildirib.

O, bu müqavilənin ölkənin enerji təhlükəsizliyi üçün çox vacib olduğunu vurğulayıb.

"Rusiya son aylar bu problemlə qarşılaşmağa başlayanda dizel yanacağı ixracına məhdudiyyətlər qoyub. İndi onlar (ABŞ Prezidenti Donald) Trampla dizel yanacağı ilə bağlı razılığa gəliblər. Danışıqlarımızın yekunu olaraq dizel yanacağının bir hissəsini Türkiyəyə aparacağıq", - A.Bayraktar bildirib.

O, tədarüklərin həcmi və ya vaxtı ilə bağlı ətraflı məlumat verməyib.

Tramp oktyabrın 9-da Rusiyanın dizel yanacağının ABŞ və qlobal bazarlara genişmiqyaslı tədarükü üçün müqavilə elan edib. Həmin günün sonunda ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının qlobal bazara daxil olmasının yolunu açıb və onu 7 aprel 2027-ci ilə qədər Amerikanın sanksiyalarından müvəqqəti azad edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər