Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ
Far.Az xəbər saytı

Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar müvafiq göstərişinə əsasən mart ayının 12-də Dövlət Sərhəd Xidmətinin "Qubadlı" əlahiddə sərhəd diviziyasının "N" saylı hərbi hissəsində əsaslı təmirdən çıxmış 53 mənzildən ibarət ikimərtəbəli və dördmərtəbəli "Sərhədçi" yaşayış kompleksi zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının istifadəsinə verilib.

Far.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin mühafizəsi və müdafiəsində fərqlənmiş hərbi qulluqçulara orden və medallar, həmçinin xidməti mənzillərin orderlərini təqdim edib, daha sonra yaşayış binalarında yaradılmış şəraitlə tanış olub və hərbi qulluqçuların ailə üzvləri ilə görüşüb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 106 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər