Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik
Far.Az xəbər saytı

Rubio: ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün Orta Dəhlizi inkişaf etdirmək niyyətindəyik


ABŞ Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) infrastrukturunu inkişaf etdirmək və tərəfdaşlara ABŞ və Mərkəzi Asiya bazarlarına çıxış üçün daha böyük imkanlar yaratmaq niyyətindədir.

"Far.Az" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Səmərqənddə "C5+1" formatında keçirilən nazirlər görüşündə bildirib.

Rubionun sözlərinə görə, Mərkəzi Asiya tarixən Şərq və Qərb arasındakı ticarət yollarının qovşağı olub və bu gün beynəlxalq ticarətdə yenidən mühüm rol oynamağa hazırdır. Region həmçinin bütün ölkələrin gələcəyi üçün həlledici əhəmiyyət daşıyan materialların tədarük edildiyi investisiya və ixrac mərkəzinə çevrilir.

O qeyd edib ki, ABŞ Amerika iqtisadiyyatının müstəqilliyini qoruyub saxlamaq və etibarsız tərəfdaşlardan və ya rəqiblərdən asılı olmamaq üçün özünün əsas sənaye sahələrinin və təchizat zəncirlərinin təhlükəsizliyini təmin etməyə çalışır.

Rubio əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp və Mərkəzi Asiya ölkələrinin liderləri ticarət və investisiyaların genişləndirilməsi üçün əlverişli normativ-hüquqi şərait və əmək bazarında şərait yaratmaq barədə razılığa gəliblər. Hazırkı görüşdə tərəflər bu razılaşmaların həyata keçirilməsini davam etdirmək niyyətindədirlər.

Vaşinqtonun digər prioritetləri sırasında Rubio kritik əhəmiyyətli minerallar üzrə dialoq çərçivəsində enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və yüksək əlavə dəyərə malik inteqrasiya olunmuş təchizat zəncirlərinin inkişaf etdirilməsini qeyd edib. ABŞ həmçinin Mərkəzi Asiyanın inkişaf etməkdə olan texnologiya sektorlarında qabaqcıl Amerika texnologiyaları ilə işləmək üçün minlərlə gənc mütəxəssis hazırlamaq niyyətindədir.

Bundan əlavə, "C5+1" çərçivəsində ikitərəfli ticarət və investisiyaların əhəmiyyətli dərəcədə artırılması üçün dövlət və özəl sektorlar arasında dialoqun dəstəklənməsi planlaşdırılır.

"Bu qrupun səyləri birləşdirmək və ölkələrimizin son vaxtlar misli görünməmiş inkişafına nail olmaq imkanı var", - dövlət katibi vurğulayıb.

Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov isə bildirib ki, "C5+1" formatında əməkdaşlığın növbəti mərhələsi yalnız ikitərəfli əlaqələrin genişləndirilməsinə deyil, həm də Mərkəzi Asiyanın yeni imkanlara malik inteqrasiya olunmuş bir region kimi potensialının üzə çıxarılmasına yönəlməlidir.

"Bu, iqtisadi qarşılıqlı bağlılığın möhkəmləndirilməsi, qabaqcıl texnologiyaların və investisiyaların cəlb edilməsi, eləcə də dünya bazarlarına çıxışın genişləndirilməsi deməkdir", - o deyib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər