Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib
Far.Az xəbər saytı

Livan Prezidenti İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham edib


İsrail ABŞ-nin vasitəçiliyi ilə iyun ayında bağlanmış və "Hizbullah" hərəkatı tərk-silah edildikdən sonra İsrail qoşunlarının ölkənin cənubundan çıxarılmasını nəzərdə tutan çərçivə sazişinin müddəalarını yerinə yetirmir.

"Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun bildirib.

C.Aunun sözlərinə görə, Livanın cənubunda İsrailin yol verdiyi pozuntular Beyrutun əldə olunmuş razılaşmalar çərçivəsində öz öhdəliklərini yerinə yetirməsinə mane olur.

Bununla yanaşı, Livan Prezidenti ölkənin münaqişənin diplomatik şəkildə nizamlanmasına sadiq olduğunu təsdiqləyib.

"Bütün çətinliklərə baxmayaraq, Livan diplomatik həllə sadiqdir", - o vurğulayıb.

"Al Jazeera"nın məlumatına görə, İsrail Livan ərazisinin demək olar ki, beşdə birinə nəzarət edir. Bundan əlavə, İsrail qüvvələri onlarla yaşayış məntəqəsini dağıdıb.

Oxşar xəbərlər

Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər