Uşaqlıqda antibiotik qəbulu bağırsaq xəstəliyi riskini artıra bilər - ARAŞDIRMA
Uşaqlıq və yeniyetməlik dövründə antibiotik qəbul etmək 24 yaşına qədər qıcıqlanmış bağırsaq sindromunun inkişafı riskini artıra bilər.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, İsveç alimləri bu qənaətə 2853 nəfərin məlumatlarını təhlil etdikdən sonra gəliblər. Tədqiqatın nəticələri 2026-cı ildə keçirilən UEG həftəsində təqdim olunub.
Qıcıqlanmış bağırsaq sindromu qarın ağrısı və bağırsaq fəaliyyətində dəyişikliklərlə müşayiət olunan geniş yayılmış həzm pozuntusudur.
Tədqiqat çərçivəsində iştirakçıların 9-11 yaşlarından 24 yaşlarında aparılan yekun müayinədən bir il əvvələ qədər antibiotik təyinatları araşdırılıb.
Nəticələrə əsasən, 24 yaşına qədər iştirakçıların 10 faizində qıcıqlanmış bağırsaq sindromu aşkarlanıb. Bu diaqnozu alan şəxslərin 87,8 faizi müşahidə dövründə antibiotik qəbul edib. Sindrom aşkarlanmayan iştirakçılarda isə bu göstərici 80,2 faiz olub.
Tədqiqatçılar cins və ailənin sosial-iqtisadi vəziyyəti kimi amilləri nəzərə aldıqdan sonra antibiotik qəbul edənlərdə qıcıqlanmış bağırsaq sindromunun inkişaf ehtimalının bu dərmanları qəbul etməyənlərlə müqayisədə təxminən 1,5 dəfə yüksək olduğunu müəyyən ediblər.
Antibiotik təyinatlarının sayı da nəticələrə təsir göstərib. Belə ki, üç-beş dəfə antibiotik təyin olunan şəxslərdə risk 1,6 dəfə, altı və daha çox dəfə təyin olunanlarda isə 1,7 dəfə yüksək olub.
Qeyd edək ki, tədqiqat antibiotik qəbulu ilə qıcıqlanmış bağırsaq sindromu arasında əlaqə olduğunu göstərir. Bu nəticələr antibiotiklərin birbaşa xəstəliyə səbəb olduğunu sübut etmir. Antibiotiklər yalnız həkim göstərişi ilə qəbul edilməli, təyin olunmuş müalicə ilə bağlı dəyişikliklər isə həkimlə razılaşdırılmalıdır.
Oxşar xəbərlər
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Kəlbəcərdə 855 ailənin köçürüləcəyi kənddən GÖRÜNTÜLƏR
Xınalıq ağ örpəyə büründü - Qarın hündürlüyü 20 santimetrə çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
-
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
-
Vens: ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını qorumasa, benzin üç dəfə bahalaşa bilərdi
-
Azərbaycan şirkətləri Avropa bazarındakı imkanlardan niyə tam istifadə edə bilmirlər?
-
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib
-
Vens: ABŞ qüvvələrinin Hörmüzdə olması benzin qiymətlərinin artmasının qarşısını alır













