Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı
Far.Az xəbər saytı

Sakinlərin yumağa verdiyi minlərlə xalça yoxa çıxdı


Xalçalarını yudurtmaq istəyən minlərlə sakin dələduzluqla üzləşib.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, üç xalçayuma şirkəti vətəndaşları aldadaraq, əvvəlcədən ödəniş etmək şərtilə məhsulları yığıb.

Onlara xalçaların steril və etibarlı şəkildə yuyularaq geri qaytarılacağı sözü verilib, qaimələr təqdim olunub:

Lakin bir müddət sonra şirkətlər də, xalçalar da yoxa çıxıblar.

Sonradan vətəndaşların yaydan bəri yoxa çıxan xalçaları paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu adlanan ərazidə tapılıb.

Vətəndaşların dediyinə görə, bu anbarlar eyni sahibkara məxsus "Ay xalı", "555" və "Xalça plus" şirkətlərinin ortaq deposudur. Təhvil verilməyən bütün məhsullar burada yığılıb. Əlində qaiməsi olan vətəndaşlar gəlib 10 minə yaxın xalçanın içərisindən özlərinə aid olanı axtarırlar.

Məsələ ilə bağlı polis orqanına vətəndaşların müraciəti daxil olub, araşdırmalar aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva Budapeştdə "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak edib
Leyla Əliyeva "Azərxalça"nın Şuşa məscidi üçün hazırladığı növbəti xalçaların kəsim mərasimində iştirak edib
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər