Amerikalı səyyah Qarabağın mənzərələrinin və tarixi abidələrinin gözəlliyini qeyd edib
Qarabağın dağ mənzərələri və onların arasında yerləşən tarixi abidələr xarici səyyahlarda böyük təəssürat yaradır.
"Far.Az"un Qarabağa ezam olunmuş xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) klubunun beynəlxalq səyyahlar qrupunun tərkibində regiona səfər edən amerikalı səyyah Viktoriya Skrima (Victoria Scrima) bildirib.
Onun sözlərinə görə, əvvəllər 2024-cü ildə Azərbaycanda olsa da, Qarabağa ilk dəfədir səfər edir: "İndiyə qədər gördüyüm hər şey çox maraqlı idi. Burada inanılmaz dərəcədə gözəl mənzərələr var. Dağ yolları ilə bugünkü səyahət mənə xüsusilə dərin təəssürat doğurdu".
V.Skrima həmçinin qədim alban monastırları olan Xudavəng və Gəncəsərə səfərindən təəssüratlarını bölüşüb.
Onun sözlərinə görə, Gəncəsər monastırının dağ mənzərələri arasında yerləşməsi xüsusi diqqət çəkib: "Hazırda olduğumuz monastırın yerləşməsi mənim xüsusilə xoşuma gəldi. O, dağların arasında, gözəl mənzərəli bir yerdə yerləşir. Hər iki monastır həqiqətən də gözəldir".
Səyyah əlavə edib ki, Azərbaycana bu səfər ona ölkənin tarixi irsi ilə tanış olmaq imkanı verib. O, həmçinin Bakıya təkrar səfərindən razı qaldığını qeyd edib. V.Skrima qeyd edib ki, paytaxtın mədəni həyatı ilə daha yaxından tanış ola bilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan tarixinin daş yaddaşı - Qafqaz Albaniyası və erməni siyasəti – ŞƏRH
Alban-Udi xristian dini icmasının üzvləri Gəncəsər monastırına səfər ediblər
AMEA: Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan kampaniya tarixi reallıqları təhrif edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB: Cəbrayılda minaya düşən şəxsin vəziyyəti ağırdır
-
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırıb
-
Bu gün Cəbrayılda minaya düşən şəxsin atası da mina partlayışı zamanı yaralanıb
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
AAYDA: Siyəzən-Məşrif-Qalaaltı yolunda qəzalı körpünün əvəzinə yeni körpü tikilir
-
Türkiyə və Suriya rəsmiləri ikitərəfli əməkdaşlığı və regional sabitliyi müzakirə ediblər













