"Arsenal"ın iki futbolçusu zədə səbəbindən növbəti oyunu buraxacaq
Far.Az xəbər saytı

"Arsenal"ın iki futbolçusu zədə səbəbindən növbəti oyunu buraxacaq


"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan İngiltərənin "Arsenal" klubunun futbolçuları Bukayo Saka və Martin Subimendinin durumu açıqlanıb.

"Far.Az" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Mikel Arteta açıqlama verib.

Hər iki futbolçu İngiltərə Premyer Liqasının növbəti turunda "Nyukasl"la oyunu buraxacaq.

Noyabrda millilərin matçları zamanı London təmsilçisinin yeganə itkisi M.Subimendi olub. İspaniya seçməsinin İngiltərəyə 2:3 hesabı ilə uduzduğu görüşdə budunun arxa əzələsindən xəsarət alan futbolçu qarşılaşmanı vaxtından əvvəl tərk edib və bir neçə həftə klubuna kömək edə bilməyəcək.

Baş məşqçi əzələ zədəsindən bərpa olunan hücumçu B.Sakanın da daha bir neçə həftə kollektivdən kənarda qalacağını vurğulayıb.

Uzun müddətdir yaşıl meydanlardan uzaq qalan Uilyam Salibanın isə "Nyukasl"la səfər qarşılaşmasında kollektivə qoşulacağı gözlənilir.

Qeyd edək ki, "Arsenal" - "Sabah" matçı yanvarın 28-də İngiltərədə baş tutacaq.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB-6
Qurban Qurbanov və futbolçuları Yeni Robotik Reabilitasiya Mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər