Azərbaycanın turizm imkanları beynəlxalq sərgidə nümayiş etdirilir
Far.Az xəbər saytı

Azərbaycanın turizm imkanları beynəlxalq sərgidə nümayiş etdirilir


Türkiyənin Ankara şəhərində keçirilən 9-cu "TRAVELEXPO ANKARA" Beynəlxalq Turizm və Səyahət Sərgisində Azərbaycanın turizm imkanları təqdim olunur.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, Türkiyənin müxtəlif regionlarından və 20-dən çox ölkədən turizm sənayesi nümayəndələrini bir araya gətirən sərgi turizm istiqamətlərinin tanıdılması və beynəlxalq işgüzar əlaqələrin qurulmasına xidmət edir.

Türkiyə bazarında Azərbaycanın tanıdılması istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində Azərbaycan Turizm Bürosunun (ATB) Türkiyədəki rəsmi nümayəndəlik ofisi sərgidə milli stendlə təmsil olunur.

Məlumata əsasən, stend Azərbaycanın Türkiyədəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq əsasında təşkil edilib. Bu il "Mədəniyyət, konqres və destinasiya turizmi – Türk dünyasının turizm görüşü" mövzusuna həsr olunan sərgidə Azərbaycanı iki yerli turizm şirkəti təmsil edir.

Bildirilib ki, Azərbaycan stendində ölkənin qış turizmi potensialına xüsusi diqqət yetirilir. Ziyarətçilərə dağ-xizək kurortları, dağ turizmi və qış mövsümündə aktiv istirahət imkanları barədə məlumat verilir. Bununla yanaşı, Azərbaycanın mədəni irsi, qastronomiyası, təbii turizm resursları və müxtəlif mövsümlərdə səyahət imkanları təqdim olunaraq ölkənin ilboyu turizm istiqaməti kimi tanıdılması hədəflənir.

Milli stendi Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov və Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ziyarət ediblər.

Noyabrın 21-dək davam edəcək sərgidə iştirakın əsas məqsədi Azərbaycanın turizm potensialını Türkiyə və digər ölkələrin turizm sənayesi nümayəndələrinə tanıtmaq, B2B görüşlər vasitəsilə yeni işgüzar əlaqələr qurmaq və iki ölkə arasında turizm sahəsində əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər