Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin tabeliyinə verilir
Far.Az xəbər saytı

Azərbaycanda kolleclər ali təhsil müəssisələrinin tabeliyinə verilir


Kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur.

"Far.Az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, hazırda da bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir: "Bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilir. Pilot təcrübə əsasında inteqrasiya prosesinə artıq başlanılıb.

Tam inteqrasiya dedikdə isə kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu, həmin müəssisələrdə bakalavriat, magistratura, sertifikat proqramları və digər təhsil imkanlarının vahid sistem çərçivəsində təşkili deməkdir".

Şöbə müdiri qeyd edib ki, eyni zamanda, ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərəcək kolleclərdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması və məzunların əmək bazarına çıxışının təmin edilməsi planlaşdırılır.

T.Süleyman əlavə edib ki, gələcəkdə 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur: "9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır".

Oxşar xəbərlər

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər