Zelenski: Rusiya Ukraynaya 110-dan çox raket atıb, 400-dən çox dronla zərbə endirib - Yenilənib
Rusiya Silahlı Qüvvələrinin Ukraynaya kütləvi gecə hücumu nəticəsində səkkiz nəfər ölüb və 30-a yaxın insan yaralanıb.
"Far.Az" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilər və hökumət nümayəndələri ilə müşavirədən sonra "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, noyabrın 19-u axşam saatlarından noyabrın 20-si səhər saatlarınadək Rusiya Ukraynaya 400-dən çox zərbə PUA-sı və 110-dan çox raket, o cümlədən 27 ballistik raket atıb. Zelenski hücumu ən genişmiqyaslı hücumlardan biri adlandırıb və Rusiya qoşunlarının, o cümlədən kaset döyüş hissəli raketlərdən istifadə etdiyini bildirib.
V.Zelenskinin məlumatına görə, Ukrayna qüvvələri 79 qanadlı raketi vurub.
O qeyd edib ki, zərbələr ölkənin bir çox şəhərlərinə və regionlarına təsir edib.
V.Zelenskinin sözlərinə görə, Dnepr çayı üzərindəki körpülər, dəmir yolu infrastrukturu obyektləri, eləcə də Ukrayna AES-lərinin fəaliyyətinin asılı olduğu yarımstansiyalar və elektrik verilişi xətləri zərbəyə məruz qalıb.
Yaşayış binaları da zərər çəkib. Zelenski həlak olanların yaxınlarına başsağlığı verib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri də öz növbəsində bu gecə Rusiyanın üç ballistik raket buraxılış qurğusunu vurub. Onlardan birini məhv etmək mümkün olub.
V.Zelenski beynəlxalq ictimaiyyəti hücuma reaksiya verməyə çağırıb: "Tərəfdaşlarımızın təkcə Ukrayna və ukraynalılara dəstək bəyanatları ilə çıxış etmələri deyil, həm də HHM üzrə konkret razılaşmaları yerinə yetirmələri vacibdir".
Rusiya Silahlı Qüvvələri gecə saatlarında quru, dəniz və hava əsaslı yüksək dəqiqlikli silahlarla, pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, enerji və nəqliyyat obyektlərinə, eləcə də gəmilərinə və liman infrastrukturuna kütləvi zərbə endirib.
"Far.Az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Zərbə nəticəsində Ukraynanın hərbi-sənaye kompleksi müəssisələri və qanadlı raketlərin, uzaq və orta mənzilli PUA-ların istehsalı və saxlanılmasına cəlb edilmiş anbar terminalları, Kiyev şəhərində, Kiyev, Dnepropetrovsk, Nikolayev, Lvov və İvano-Frankovsk vilayətlərində enerji və nəqliyyat infrastrukturu obyektləri vurulub", - məlumatda qeyd edilib.
Qurumun məlumatına görə, həmçinin Odessa vilayətində liman infrastrukturu obyektləri və gəmilər zərbələrə məruz qalıb.
Öz növbəsində, Kiyev şəhərinin meri Vitali Kliçko bildirib ki, ilkin məlumatlara görə, hücum nəticəsində zərərçəkənlərin sayı 15 nəfər təşkil edib, daha üç nəfər isə ölüb. O, həmçinin qeyd edib ki, Dnepr üzərindəki üç körpü və kritik infrastruktur obyekti zədələnib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Şenjendə Çin və ABŞ rəhbərləri ilə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxış edərkən Ukrayna Silahlı Qüvvələri tərəfindən Krım körpüsünə edilən hücumların cavabsız qalmayacağını bəyan edib.
Oxşar xəbərlər
İranın dronla vurduğu Naxçıvan aeroportunun içindən GÖRÜNTÜLƏR
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













