Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib
Far.Az xəbər saytı

Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib


Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.

"Far.Az"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjenin baş məşqçisi olduğu təmsilçimiz qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.

Oxşar xəbərlər

Leyla Əliyeva Qəbələdə "Gənc arıçı" layihəsinin iştirakçısı ilə görüşüb
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
FHN Qəbələ aeroportunda təlim keçirib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər