Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO
Far.Az xəbər saytı

Bakıda dəhşətli qəzanın anbaan görüntüsü, maşın piyadanın üstündən keçdi - VİDEO


Ötən gün paytaxtın Xətai rayonu, Gəncə prospektində 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Far.Az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hadisənin görüntülərini yayımlayıb.

Əkbər Novruzovun idarə etdiyi minik avtomobili Emil İsgəndərovun idarə etdiyi avtomobillə toqquşub.

Toqquşma nəticəsində E.İsgəndərovun avtomobili yoldan çıxaraq səkidə hərəkət edən 45 yaşlı Elzanə Əliyevanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən AĞIR QƏZA OLUB
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər