"Sabah"ın baş məşqçisi Adino Mustedanaqiç: "Meydanda daha cəsarətli davranmalıyıq" - MÜSAHİBƏ
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Adino Mustedanaqiç "Report"un suallarını cavablandırıb. Xorvatiyalı mütəxəssis Bakıda "Slaviya"nın müvafiq yaş qrupundan ibarət kollektivinə 3 cavabsız qolla uduzduqları UEFA Gənclər Liqasının oyunu haqqında fikirlərini bölüşüb:
- Turnirdəki ikinci matçda da məğlub oldunuz. Qarşılaşma ilə bağlı təəssüratlarınız necədir?
- Təəssüf ki, oyuna çox həyəcanlı başladıq. Bəzi futbolçular üçün bu, turnirdə ilk oyun idi. Topu özümüzdə saxlamaq və ötürmələrlə qol imkanları yaratmaq planımızı həyata keçirə bilmədik. Rəqibi təhlil etmişdik və bəzi zəif tərəflərini də müəyyənləşdirmişdik. Amma ilk hissədə planımıza sadiq qalmadıq və topu çox tez itirdik. Çox sadə səhvlərdən asan qollar buraxdıq.
- İlk oyunda da "Mançester Yunayted"ə 0:5 hesabı ilə uduzmuşdunuz. Böyükhesablı məğlubiyyətlərin əsas səbəbini nədə görürsünüz?
- Məğlubiyyətin əsas səbəbini göstərmək çətindir, çünki futbolda nəticəyə təsir edən çoxlu amillər var. "Mançester Yunayted"lə qarşılaşmada əsasən öz qapımızı qorumağa çalışmışdıq. "Slaviya"ya qarşı isə mümkün qədər irəlidə oynamağı, orta blokda etibarlı müdafiə olunmağı və rəqibə qarşı öz oyunumuzu qurmağı hədəfləyirdik.
- "Slaviya"nın azlıqda qalmasına baxmayaraq, bundan yararlana və qol vura bilmədiniz. Sizcə, bu, nə ilə bağlı idi?
- Uzun müddət bir oyunçu üstünlüyü ilə oynayıb bundan yararlana bilməyəndə, qol vurmadan uduzanda hisslər yaxşı olmur. Amma futbolçularımdan narazılıq edə bilmərəm. İkinci hissədə həqiqətən oyunumuzu qurmağa və nəyisə dəyişməyə çalışdıq. Qırmızı vərəqədən sonra "Slaviya" geri çəkildi və yaxşı müdafiə olundu. Qol vurmağa, imkanlar yaratmağa çalışdıq. Üç yaxşı qol fürsətimiz olsa da, yararlana bilmədik.
- Rəqib 10 nəfərlə də fərqlənə bildi...
- Biz oyun sistemini dəyişərək rəqibin cərimə meydançasında daha çox futbolçu ilə yer almağa çalışdıq. Lakin "Slaviya" belə vəziyyətlərdə təcrübəli komanda olduğunu göstərdi və yaxşı müdafiə olundu. Oyunun son dəqiqələrində enerjimizin azaldığı bir vaxtda isə rəqib səhvlərimizdən birindən yararlanaraq üçüncü qolu vurdu.
- Növbəti oyunlarda daha yaxşı nəticələr qazanmaq üçün hansı məqamlar üzərində işləməlisiniz?
- Daha yaxşı nəticələr əldə etmək üçün hesabı açmağımız və rəqibin qapısı qarşısında daha təhlükəli olmağımız vacibdir. Bunun üçün hücum mərhələsində, yəni top bizdə olarkən daha yaxşı oynamalıyıq. Əsas hədəfimiz budur. Düşünürəm ki, bu baxımdan meydanda daha cəsarətli davranmalıyıq. Növbəti oyunlara hazırlıq zamanı məhz bunun üzərində işləyəcəyik: psixoloji cəhətdən daha cəsarətli olmaq, hücumda topu daha yaxşı saxlamaq və topla daha təhlükəli oynamaq.
- Qarşıdakı oyunlardan gözləntiləriniz nədir?
- Əsas komandamız Çempionlar Liqasında iştirak hüququ qazandıqda U-19 komandamızın da UEFA Gənclər Liqasında mübarizə aparacağı məlum oldu. Biz dərhal məqsəd və gözləntilərimizi müəyyənləşdirdik. Əsas hədəfimiz oyundan-oyuna inkişaf etməkdir. Qarşıdakı görüşlərdən də gözləntimiz budur. "Mançester Yunayted"lə oyunda əsasən müdafiə olunur, demək olar ki, yalnız qapımızı qoruyurduq. "Slaviya" ilə qarşılaşmada isə daha irəlidə oynamağa, topu saxlamağa çalışdıq və qapıya daha çox zərbə endirdik. Bu da komandanın inkişaf etdiyini göstərir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
"28 May"da vəziyyət necədir? - FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi – ƏTRAFLI
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Laçın və Zəngilanda "Səyyar Gənclər Xidməti" fəaliyyət göstərəcək
-
Aqşin Ağkəmərli 66 yaşında vəfat etdi
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
UFC-də qalmaqal böyüyür - Aleks Pereyraya sərt cavab verildi













