Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir
Far.Az xəbər saytı

Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir


Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Azərbaycana gözlənilən səfəri çərçivəsində ikitərəfli münasibətlərə dair məsələlərin müzakirə olunacağını bildirib.

"Far.Az" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Simonyan "Sülh körpüsü" təşəbbüsünün 5-ci görüşü çərçivəsində jurnalistlərlə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, dekabrda Azərbaycana nəzərdə tutulan səfər zamanı müzakirə olunacaq məsələlərin gündəliyi əvvəlki görüşlərin gündəliyindən ciddi şəkildə fərqlənməyəcək.

"Bunlar bizim mütəmadi müzakirə etdiyimiz məsələlərdir, gündəlik çox fərqlənməyəcək. Həmkarımız Ermənistana gəlmişdi, indi bizim növbəmizdir. Mən səfər edəcəyəm və növbəti görüşün keçirilməsi barədə də razılığa gələcəyik. Belə görüşlərdə çoxsaylı məsələləri müzakirə edirik, gündəlikdə əsasən eyni mövzular yer alır", - o bildirib.

Təhlükəsizlik Şurasının katibi statusunda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə görüşdə ilk dəfə iştirakından təəssüratları barədə sualı cavablandıran Simonyan qeyd edib ki, bu cür müzakirələrin əhəmiyyəti müxtəlif məsələləri və baxışları ifadə və izah etmək zərurətindən irəli gəlir.

Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq imkanlarına toxunan Simonyan, kənd təsərrüfatı sahəsində iki ölkənin oxşarlıqlarına diqqət çəkib, həmçinin neft və qaz ehtiyatlarının Azərbaycana müəyyən üstünlüklər təmin etdiyini qeyd edib.

Onun sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq Ermənistanı beynəlxalq təşkilatlar üçün də cəlbedici edə bilər.

"Ermənistan və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biri yoldur", - Simonyan bildirib.

Oxşar xəbərlər

Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb
"Turandot" – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər