Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır
Far.Az xəbər saytı

Şmıqal: Ukrayna Türkiyə ilə enerji əməkdaşlığını genişləndirməkdə maraqlıdır


Ukrayna elektrik enerjisi istehsalı üçün avadanlıq tədarükü və qaz sektorunun inkişafı da daxil olmaqla, Türkiyə ilə enerji əməkdaşlığının genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Türkiyənin "Aksa Energy" şirkətinin nümayəndə heyəti ilə görüşün yekunlarına dair "X" sosial şəbəkəsində bildirib.

"Hazırda böyük şəhərlərin tələbatını ödəmək üçün azı 100 mobil dizel generatoruna ehtiyac var. Biz həmçinin qaz generatorlarının və enerji saxlama sistemlərinin tədarükündə maraqlıyıq", - o yazıb.

Nazirin sözlərinə görə, görüşdə Ukraynanın Odessa vilayətinin enerji müstəqilliyinin gücləndirilməsinə xüsusi diqqət yetirilib.

"Biz mobil elektrik stansiyalarının yerləşdirilməsi layihələrinin, xüsusən də Odessa və İzmailin tələbatının təmin edilməsi üzrə bərpası imkanlarını müzakirə etdik. Bu layihələrin bərpası üzərində birgə işləmək barədə razılığa gəldik", - Şmıqal bildirib.

O, qaz sektorunu Ukrayna-Türkiyə əməkdaşlığının perspektivli istiqaməti adlandırıb.

"Ukrayna qazın saxlanması və sonradan Avropa ölkələrinə tədarük edilməsi üçün istifadə oluna biləcək əhəmiyyətli yeraltı qaz anbarı güclərinə malikdir", - nazir vurğulayıb.

Bundan əlavə, Şmıqal Ukraynanın enerji sektoruna göstərilən dəstəyə və praktiki əməkdaşlığı genişləndirməyə hazır olduqlarına görə türkiyəli tərəfdaşlara təşəkkür edib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər