UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib
Far.Az xəbər saytı

UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib


UEFA Çempionlar Liqasında həftənin rəmzi komandası müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Rəmzi komandada İngiltərə, İspaniya, İtaliya və Fransa klublarını təmsil edən futbolçular yer alıb.

Həftənin rəmzi komandası aşağıdakı kimidir:

Qapıçı: Alisson Beker ("Liverpul", İngiltərə)

Müdafiəçilər: Natan Nqoy ("Lill", Fransa), Loqan Kosta ("Vilyarreal", İspaniya), Mario Ermoso ("Roma", İtaliya)

Yarımmüdafiəçilər: Nikolo Barella ("İnter", İtaliya), Luis Milya ("Komo", İtaliya), Cud Bellinqem ("Real", İspaniya), Rayan Şerki ("Mançester Siti", İngiltərə)

Hücumçular: Entoni Qordon ("Barselona", İspaniya), Kuço Ernandes ("Betis", İspaniya), Kilian Mbappe ("Real", İspaniya).

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi PSJ-dir. Paris təmsilçisi 2024/2025 mövsümünün finalında "Arsenal"ı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib. Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
"Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
UEFA Çempionlar Liqası: "Sabah" evdə "Barselona"ya məğlub olub - Yenilənib-8
UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb - Yenilənir-7
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər