Netanyahu müxalifət liderinə baş nazir postunu növbə ilə tutmağı təklif edib
İsrailin Baş naziri Benyamin Netanyahu ilə "Yaşar!" Partiyasının rəhbəri Qadi Ayzenkot arasında ölkədə yeni koalisiya hökumətinin qurulması ilə bağlı danışıqlar aparılıb.
Far.Az xəbər verir ki, İsrail mediası görüşün təxminən üç saat davam etdiyini yazıb. Bununla belə, danışıqların yekununda konkret razılaşmanın əldə olunub-olunmadığı açıqlanmayıb.
Tərəflərin birgə bəyanatında bildirilib ki, görüş əvvəlcə təhlükəsizlik məsələləri üzrə məlumatlandırma ilə başlayıb. Daha sonra milli birlik hökumətinin yaradılması məsələsi müzakirə olunub.
Bəyanatda qeyd edilib ki, danışıqlar işgüzar şəraitdə keçib və tərəflər mövcud ciddi fikir ayrılıqlarını aradan qaldırmağa çalışıblar.
Xatırladaq ki, Netanyahu bundan əvvəl Ayzenkota koalisiya hökuməti yaratmağı və baş nazir vəzifəsini növbəli şəkildə icra etməyi təklif edib. Təklifə əsasən, əvvəlcə hökumətə Qadi Ayzenkot rəhbərlik etməli, daha sonra isə bu vəzifəni Benyamin Netanyahu tutmalıdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir
Ayzenkot Netanyahu ilə İsrailin koalisiya hökumətinin formalaşdırılmasını müzakirə edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













