Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib
Far.Az xəbər saytı

Mask: USAİD layihələri çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib


ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihələrinin bir hissəsi əslində çirkli pulların yuyulması və rüşvət üçün istifadə edilib.

"Far.Az" xəbər verir ki, bu barədə "SpaceX"in rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.

"Bu absurd layihələrlə bağlı o qədər də gözə çarpmayan məqam ondan ibarətdir ki, onlar əslində vəsaitlərin yuyulması və rüşvətxorluq üçün son dərəcə uğurla istifadə olunublar", - o yazıb.

Mask bildirib ki, fırıldaqçılar məhz buna görə sözügedən proqramların ixtisar edilməsindən üzülüblər.

Donald Trampın ABŞ-də Prezidenti vəzifəsinin icrasına başlamasından dərhal sonra hökumətin səmərəliliyinin artırılması İdarəsi (DOGE) büdcə xərclərini geniş miqyasda yoxlamağa başlayıb. Əslində, o dövrdə DOGE-yə nəzarət edən Maskın təqdimatı ilə USAID-in fəaliyyətini yenidən təşkil etmək məqsədi ilə müvəqqəti dayandırılıb. Ötən ilin 3 fevralında Vaşinqton administrasiyası Amerika xarici siyasətini həyata keçirmək üçün istifadə olunan və digər ölkələrə təsir etmək üçün vasitə olan agentliyin fəaliyyətini faktiki olaraq dayandırıb.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Televiziyada nəyə baxırıq? - Proqramların janr bölgüsü açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər