Qubada "Cyber Camp" düşərgəsinə start verilib
Far.Az xəbər saytı

Qubada "Cyber Camp" düşərgəsinə start verilib


Quba İdman İstirahət Təlim və Tədris Kompleksində Kiber Düşərgəyə (Cyber Camp) start verilib.

"Report" xəbər verir ki, noyabrın 30-dək davam edəcək düşərgə 30 noyabr – Beynəlxalq Kompüter Təhlükəsizliyi Gününə həsr olunub.

Düşərgə Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin tərəfdaşlığı ilə keçirilir.

Düşərgədə müxtəlif regionlardan olan 40-dan çox yeniyetmə və gənc, eləcə də AKTA-nın təşəbbüsü ilə 22 ali təhsil müəssisəsində yaradılmış kibertəhlükəsizlik klublarının üzvləri olmaqla, ümumilikdə 100-dən artıq şəxs iştirak edir. Proqram çərçivəsində AKTA ekspertləri təlimlər, ustad dərsləri və praktiki simulyasiyalar keçirəcəklər. Yekunda iştirakçılar "Gənclərin CTF Kuboku 2026" yarışında bilik və bacarıqlarını sınayacaqlar.

Tədbirin baş sponsoru B&B Security Aliance Limited, qızıl sponsorları Techpro DC, Cyberpoint, Huawei və Fortinet, gümüş sponsoru və CTF tərəfdaşı Millisec, bulud tərəfdaşı isə Yer.az şirkətidir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Buxarestdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər