Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb
Far.Az xəbər saytı

Orkun Kökçü əl sıxmaqdan imtina etməsinin səbəbini açıqlayıb


Avropa Liqasının V turunda keçirilən "Beşiktaş" – "Hapoel Beer-Şeva" qarşılaşmasından əvvəl maraqlı hadisə yaşanıb.

Far.Az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Orkun Kökçü oyundan əvvəl İsrail klubunun futbolçusu Migel Vitorla əl sıxmaqdan imtina edib.

Qarşılaşmadan sonra Vitor bu hərəkətin səbəbini Kökçüdən soruşduğunu bildirib. Onun sözlərinə görə, türkiyəli futbolçu cavabında "Bizim mədəniyyətimizdə qanlı əllərlə əl sıxmaq qəbul edilmir" ifadəsini işlədib.

Migel Vitor isə futboldan siyasi məqsədlər üçün bu qədər istifadə edilməsinin doğru olmadığını düşündüyünü söyləyib. Bu barədə portuqaliyalı futbolçunun açıqlamasına istinadən "A Bola" nəşri məlumat yayıb.

Qeyd edək ki, Migel Vitor Portuqaliyada doğulub və ikili vətəndaşlığa malikdir. O, İsrail milli komandasının formasını geyinir.

Xatırladaq ki, noyabrın 26-da baş tutan görüşdə "Beşiktaş" rəqibini 2:1 hesabı ilə məğlub edib. Matç tribunada baş verən insident səbəbindən 35 dəqiqəlik fasilə ilə yadda qalıb. Türkiyəli azarkeşlərdən birinin Fələstin bayrağı açmasından sonra təhlükəsizlik əməkdaşları ilə azarkeşlər arasında qarşıdurma yaşanıb.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər