XİN başçısı: Azərbaycanla Litva arasında 7 sənəd üzərində iş aparılır
Far.Az xəbər saytı

XİN başçısı: Azərbaycanla Litva arasında 7 sənəd üzərində iş aparılır


Azərbaycanla Litva arasında 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır.

"Report"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə brifinqdə deyib.

O, iki ölkə arasında 45 sənədin mövcud olduğunu, daha 7 sənəd üzərində iş aparıldığını qeyd edib:

"Bugünkü görüş zamanı iqtisadi-ticarət sahəsində də fikir mübadiləsi apardıq. Qənaət budur ki, hazırkı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız daha yüksəkdir. Bəlli baxışımız odur ki, bu istiqamətdə lazımi addımlar atılacaq. İki ölkə arasında yaxşı müqavilə-hüquq bazası mövcuddur. Ölkələrimiz arasındakı münasibətlərin müxtəlif sahələrini əhatə edən 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır. Yaxın zamanda onların tamamlanmasının və qüvvəyə minməsinin şahidi olacağıq".

C.Bayramov bildirib ki, litvalı həmkarı ilə bir qrup şirkət rəhbəri də Baklya gəlib və sabah keçiriləcək iki ölkə arasında biznes forum qarşlıqlı əməkdaşlıq üçün çox önəmlidir:

"Biz iki dövlətin əlaqələndirici qurumları olaraq, iş adamları arasında əlaqələrin yüngülləşdirilməsinə dəstək üçün lazımi mexanizmləri də müzakirə etməyi razılaşdıq. Sabah baş tutacaq biznes forumda daha ətraflı danışmaq imkanımız olacaq. Ölkəmizdə mövcud olan biznesin perspektivli sahələri barədə faydalı məlumatların təqdim edilməsi olduqca önəmlidir".

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Ceyhun Bayramov İrpendə Azərbaycanın dəstəyi ilə bərpa olunan obyektlərdə olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycanda bir qrup hərbçiyə MƏNZİLLƏR VERİLDİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər