"Bir" Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim edib
Qafqazın ilk inteqrasiya olunmuş e-ticarət, bank və ödəniş ekosistemi olan "Bir", m10 rəqəmsal pul kisəsi tətbiqində süni intellektlə işləyən "Ey-ay" çatbotunu istifadəyə verib.
"Far.Az" xəbər verir ki,n artıq m10 istifadəçiləri tətbiq daxilində xidmətləri axtarmaq əvəzinə, sadəcə "Ey-ay" ilə yazışaraq kommunal ödənişlərini həyata keçirə, balanslarını daha sürətlə artıra, həmçinin digər m10 xidmətlərini asanlıqla tapa bilərlər.
Bu yenilik cəmiyyətin nağd puldan rəqəmsal ödənişlərə sürətli keçidini dəstəkləməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarını daha sürətli və asan etmək üçün hazırlanıb. "Bir" ekosistemi rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əlçatan etməyi, insanların bu mühitə uyğunlaşmasını asanlaşdırmağı hədəfləyir.
"Bir" ekosisteminin məhsul, marketinq və müştəri təcrübəsi üzrə rəhbəri Maksim Yevdokimov "Ey-ay" haqqında danışarkən bildirib:
"Bu gün insanlar rəqəmsal xidmətlərdən sürət və rahatlıq gözləyirlər. "Ey-ay" sayəsində istifadəçilər gündəlik ödənişlərini sadəcə yazışma vasitəsilə həyata keçirə bilirlər ki, bu da xidmətlərdən istifadəni daha rahat və əlçatan edir. Biz maliyyə xidmətlərini insanların artıq öyrəşdiyi ünsiyyət üslubu ilə birləşdirərək rəqəmsal ödənişləri hər kəs üçün daha sadə edir və Azərbaycanın rəqəmsal iqtisadiyyata keçidini dəstəkləyirik".
"Bir" Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "Milliön" ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol" Azərbaycan və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az
Oxşar xəbərlər
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Heydər Əliyev Fondu Lənkəran uşaq evini əsaslı yenidənqurmadan sonra istifadəyə verib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Sumqayıt Uşaq Xəstəxanasında 11 uşaqda allergiya hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ













