Zimbabvedə bərə aşıb, 15 nəfər ölüb
Far.Az xəbər saytı

Zimbabvedə bərə aşıb, 15 nəfər ölüb


Zimbabvedəki Kariba gölündə həddindən artıq yüklənmiş bərənin aşması nəticəsində ən azı 15 nəfər həlak olub.

"Far.Az" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Zimbabvenin Təbii Fəlakətlərin İdarə Olunması üzrə Milli Agentliyinə istinadən məlumat yayıb.

Bundan başqa, 77 nəfər xilas edilib, 27 nəfər isə itkin düşüb.

Zimbabve mülki müdafiə bölməsinin bəyanatında satılan biletlərlə bağlı məlumatların təhlilindən sonra göyərtədə 114 sərnişin və 5 ekipaj üzvünün olduğu bildirilir.

Göldə axtarış-xilasetmə işləri aparılır.

Oxşar xəbərlər

Bakıda avtomobil şinləri satılan anbarın fəaliyyəti dayandırıldı
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Dağlıq ərazidə axtarış-xilasetmə ilə bağlı təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər