ING qrupu: Azərbaycanın büdcə tarazlığı üçün neftin qiyməti 70 dollara yaxın olmalıdır - Eksklüziv
Niderlandın ING bank qrupu Azərbaycanın 2027-ci il üçün fiskal kəsmə qiymətini (icmal büdcənin zərərsizlik qiyməti) bir barel neft üçün təxminən 70 ABŞ dolları səviyyəsində müəyyən edir.
Bunu "Report"a ING-nin Qafqaz, Mərkəzi Asiya ölkələri və Rusiya üzrə baş iqtisadçısı Dmitri Dolqin bildirib.
O izah edib ki, ölkədə neft hasilatının həcminin azalması büdcənin tarazlığını təmin etmək üçün "Brent" markalı neftin qiymətinə artan təzyiq yaradan amillərdən biri kimi çıxış edir. Bununla belə, ING-nin 2027-ci il üçün fiskal zərərsizlik nöqtəsi üzrə qiymətləndirməsi (70 dollar/barel) hələ də qrupun analoji dövr üçün "Brent"in bir barel üzrə 77 ABŞ dolları təşkil edən orta qiyməti ilə bağlı proqnozundan aşağıdır.
"Bunu nəzərə alaraq, biz icmal büdcənin (Azərbaycanın - red.) ÜDM-in təxminən 1 %-i səviyyəsində orta səviyyəli profisiti qoruyub saxlayacağını proqnozlaşdırmağa davam edirik", - D. Dolqin qeyd edib.
Bank qrupunun iqtisadçısı vurğulayıb ki, baza ssenarisinə əsasən, dövlət xərclərinin cari proqnozlardan əhəmiyyətli dərəcədə sürətlə artmaması halında mövcud büdcə trayektoriyası ölkənin suveren yığımlarının tükənməsinə gətirib çıxarmayacaq.
ING-nin hesablamalarına görə, fiskal mövqenin dayanıqlığı ÜDM-in təxminən 115 %-i səviyyəsində qiymətləndirilən suveren aktivlərlə, o cümlədən Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ÜDM-in təxminən 100 %-i səviyyəsində olan aktivləri ilə də dəstəklənir.
Uzunmüddətli perspektivlərə toxunan D.Dolqin əlavə edib ki, Azərbaycanın büdcə dayanıqlığı özəl sektorun inkişaf templəri ilə getdikcə daha çox müəyyən olunacaq. Onun fikrincə, özəl biznesin rolunun güclənməsi iqtisadi artımın birbaşa dövlət xərclərindən asılılığını azaltmağa imkan verəcək və büdcənin xərc hissəsi tərəfindən neftin fiskal kəsmə qiymətinin azaldılmasına kömək edəcək.
Daha əvvəl qeyd edildiyi kimi, ING-nin proqnozlarına görə, 2027-ci ildə Azərbaycanda ÜDM artımı 3 %-ə qədər sürətlənəcək.
Azərbaycanın gələn il üçün icmal büdcəsinin kəsirinin ÜDM-ə nisbəti təxminən 2 % səviyyəsində (2,8 milyard manat kəsirlə) proqnozlaşdırılır. Bununla yanaşı, dövlət büdcəsinin kəsirinin təxminən 3,1-3,2 milyard manat və ya ÜDM-in 2,2 %-i səviyyəsində olacağı gözlənilir.
Gələn il ümumi daxili məhsulun həcmi 141 milyard manat səviyyəsində proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 2,7 % real artım deməkdir.
Azərbaycanın 2027-ci il dövlət büdcəsi layihəsində "Azeri Light" markalı neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir













