Rövşən Hüseynli: "Millinin tarixində Kukseviçin dönəmindəki qədər böyükhesablı məğlubiyyətlər olmayıb"
Futzal üzrə Azərbaycan millisinin tarixində Yevgeni Kukseviçin dönəmindəki qədər ardıcıl böyükhesablı məğlubiyyətlər olmayıb.
Bunu "Report"a açıqlamasında futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
O, rusiyalı sabiq baş məşqçinin dövründə klub və milli səviyyəsindəki fərqli nəticələrin səbəblərinə toxunub:
"Ötən mövsümün əvvəlində Yevgeni Kukseviçin istəyi ilə "Araz-Naxçıvan"a qayıtdım və birlikdə çempion olduq, UEFA Çempionlar Liqasında uzun fasilədən sonra mərhələ keçdik. Lakin klub ilə milli səviyyəsi tam başqadır. Klubda hazır və təcrübəli legionerlər var, məşqçi istədiyi taktikaya uyğun heyət seçə bilir. Millidə isə seçim məhduddur, komanda gəncləşir, beynəlxalq təcrübəsi olanlar azdır. Milli tarixində ardıcıl böyükhesablı məğlubiyyətlər görməmişdik. Məşqçiyə bəlkə də zaman lazım idi ki, bizim mentaliteti, xüsusiyyətləri hiss etsin".
R.Hüseynli müqavilə müddəti uzadılmayan Yevgeni Kukseviçə gələcək karyerasında uğurlar arzulayıb.
Oxşar xəbərlər
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli: "Mövsümün əvvəlində verilən vədlər yerinə yetirilmədi"
Yevgeni Kukseviç Azərbaycan millisinin və "Araz-Naxçıvan"ın baş məşqçi postundan ayrılıb
Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Konstitusiya Məhkəməsi: Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub













