"AzInTelecom" bulud xidmətləri ilə növbəti beynəlxalq uğura imza atıb!
"AZCON Holding" şirkətlərindən olan "AzInTelecom" MMC dünyanın nüfuzlu texnologiya müsabiqələrindən olan "DCS Awards 2026"da uğurla təmsil olunub.
Şirkət "AZINCLOUD" platforması ilə "İlin bulud layihəsi" ("Cloud Project of the Year") nominasiyasında yüksək qiymətləndirilərək "runner-up" (xüsusi fərqlənmə) statusunu qazanıb. Qaydalara əsasən, bu status yalnız texnoloji innovativliyi, etibarlılığı və yüksək göstəriciləri ilə fərqlənən layihələrə verilir.
Qeyd edək ki, "DCS Awards" hər il məlumat mərkəzləri, bulud xidmətləri və İT infrastrukturu üzrə dünyanın qabaqcıl texnologiya şirkətlərini və layihələrini müəyyən edir. Qlobal miqyasda rəqabətin yaşandığı və dünya telekommunikasiya liderlərinin yarışdığı müsabiqədə "AZINCLOUD"un fərqlənməsi "AzInTelecom"un İT infrastrukturunun beynəlxalq səviyyədə olduğunu göstərir.
"AZINCLOUD" haqqında
Azərbaycanın ilk ictimai bulud platforması olan "AZINCLOUD" "AzInTelecom" MMC-nin Avropanın qabaqcıl böyük bulud provayderi "Gcore" ilə əməkdaşlığı çərçivəsində yaradılıb. "AZINCLOUD" platforması istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur və fasiləsiz texniki dəstək şəraiti yaradır.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Azərbaycan BMT-də insan hüquqları bəhanəsi ilə dövlətlərin daxili işlərinə qarışılmasına qarşı çıxıb
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var













