Azərbaycan oxatanları Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusda medal qazanıblar
Azərbaycanın kamandan oxatma millisinin üzvləri Fatimə Hüseynli və Yaylagül Ramazanova Belarusun Mogilyov şəhərində keçirilən ölkə çempionatında medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 8-də start götürən və 120 idmançının mübarizə apardığı turnirdə Azərbaycan yığması baş məşqçi Natiq Fazilov və texniki direktor Vladimir Lekveişvilinin rəhbərliyi altında təmsil olunub.
70 metr məsafəyə qadınlar arasında fərdi turnirdə F.Hüseynli 632 təsnifat xalı toplayaraq bütün rəqiblərini üstələyib və qızıl medala sahib olub. Eyni kateqoriyada Yaylagül Ramazanova gümüş medal qazanıb.
F.Hüseynli qarışıq komanda növündə belaruslu oxatan Kiril Firsov ilə birgə mübarizə apararaq bürünc medalı da aktivinə yazdırıb. Həlledici qarşılaşmalardan sonra bu gün qaliblər mükafatlandırılacaq.
Azərbaycan təmsilçiləri yarışdan əvvəl, avqustun 29-dan sentyabrın 7-dək Mogilyovda keçirilən beynəlxalq təlim-məşq toplanışında da iştirak edib.
Oxşar xəbərlər
Azərbaycan oxatanları Gürcüstandakı turnirdə 7 medal qazanıblar
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kürdəmirdə toyda 92 nəfərin zəhərlənməsi ilə bağlı prokurorluqdan açıqlama
-
İsrailin "Elbit Systems" şirkəti öz məhsullarının istehsalını Azərbaycanda lokallaşdırmağı təklif edir
-
Ronalduya 6 aylıq diskvalifikasiya təhlükəsi
-
Bərdədə gəncin qətlinin təfərrüatı: Şübhəli hadisədən sonra polisə təslim olub
-
Mikayıl Cabbarov: "Cənubi Qafqazda sülh region üçün yeni iqtisadi imkanlar açıb"
-
Bu deputatın mandatı ləğv edildi













