"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb
"Neftçi" futbolçusu Emil Səfərovla müqavilənin müddətini uzadıb.
"Far.Az" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni "2+1" illik müqavilə imzalanıb.
2024-cü ildən Bakı klubunda çıxış edən futbolçu bu müddətdə bütün turnirlərdə meydana çıxdığı 50 oyunda 3 qola, 5 məhsuldar ötürməyə imza atıb.
"Neftçi"nin Baş İcraçı Direktoru Cenk Sümer Azərbaycan millisinin üzvü ilə yeni müqavilə haqqında fikirlərini bölüşüb:
"23 yaşlı istedadlı futbolçumuz Emil Səfərov xarakteri, potensialı və göstərdiyi performansla həm klubumuza, həm də Azərbaycan millisinə mühüm töhfələr verə biləcək oyunçudur. O, eyni zamanda Azərbaycan futbol akademiyalarında yetişən gənc nəsil üçün örnək ola biləcək futbolçulardandır. Birlikdə olduğumuz bu 2 il ərzində Emilin daim inkişaf etmək istəyinin, əzmkarlığının, formasına sədaqətinin, klubuna və vəfalı azarkeşlərimizə olan sevgisinin yaxından şahidi olduq".
O, Emil Səfərova uğurlar arzu edib:
"Gələcəkdə həm "Neftçi"yə, həm də Azərbaycan futboluna verəcəyi töhfələri nəzərə alaraq onunla müqavilənin müddətini uzatmaq qərarına gəldik. Emil isə bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı. Ona "Neftçi"də və Azərbaycan millisindəki karyerasında uğurlu, parlaq günlər arzulayırıq".
Oxşar xəbərlər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı və Abşeronun bir hissəsinə 3 gündür su niyə gəlmir?
-
Binəqədidə təmirə görə iki avtobusun marşrutu dəyişdirildi
-
Beynəlxalq səyyahların Şuşaya səfəri başlayıb
-
Sumqayıtda dənizdə batan 82 yaşlı kişinin meyiti tapılıb
-
İranda polis idarəsinə silahlı hücum olub, ölən və yaralananlar var
-
Nazir: Əmlakın qiymətləndirilməsi üçün süni intellekt əsasında fəaliyyət göstərən yeni bir alət istifadəyə verilib













