Məşhur Hindistan aktyoru 75 yaşında vəfat edib
Hindistanın məşhur aktyoru və rejissoru Nana Patekar 75 yaşında dünyasını dəyişib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, aktyor oktyabrın 8-də Qoa ştatındakı evində ürək dayanması səbəbilə vəfat edib. Xəstəxanaya çatdırılan Patekarı həkimlər təxminən 45 dəqiqə ərzində həyata qaytarmağa çalışsalar da, onu xilas etmək mümkün olmayıb.
1951-ci ildə Maharaştrada anadan olan Patekar yarım əsrə yaxın davam edən sənət fəaliyyəti ərzində həm hindi, həm də marathi kino və teatrında özünəməxsus iz qoyub. O, xüsusilə "Parinda", "Krantiveer", "Salaam Bombay!" və "Welcome" kimi filmlərdəki rolları ilə geniş auditoriyanın rəğbətini qazanıb.
Aktyor yaradıcılığına görə üç dəfə Hindistan Milli Kino Mükafatına layiq görülüb. 2013-cü ildə isə ölkənin nüfuzlu dövlət təltiflərindən olan "Padma Şri" mükafatını alıb.
Patekarın ölümü Hindistanın kino ictimaiyyətində böyük rezonans doğurub. Aktyorun həmkarları və tanınmış şəxslər onun yaradıcılığını və sənətə verdiyi töhfələri qeyd edərək başsağlığı veriblər.
Maharashtra hökuməti aktyorun dəfn mərasiminin dövlət ehtiramı ilə keçiriləcəyini də açıqlayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
Zelenski və Madyar qaz və dizel yanacağı təchizatını, birgə layihələri müzakirə ediblər
-
"Fənərbağça"nın iki futbolçusu "Şaxtyor"la oyunu buraxacaq
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi
-
İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib













